22 iyul 2023-cü il tarixində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Milli Mətbuat Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan milli mətbuatı” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacıyev və şöbənin məsul işçiləri, rayonda mətbuat və jurnalistika sahəsində fəaliyyət göstərmiş ziyalılar, ictimaiyyət nümayəndələri, şair və yazıçılar iştirak etmişlər.
Rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova mətbuat tariximiz və Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafında göstərdiyi misilsiz xidmətləri barədə geniş məruzə ilə çıxış etmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacıyev, “Astara” qəzetinin keçmiş baş redaktoru, təqaüddə olan jurnalist Azər Abdullayev, “Tərəqqi” medallı jurnalist, “Astara” qəzetinin əməkdaşı Gülnar Əsədli, “Astara” qəzetinin baş redaktoru Əlvan İbayev, Kijəbə qəsəbə tam orta məktəbinin direktoru Təbrizə Rəsulova, rayon icra hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahverən Cavadov, “Astara” qəzetinin keçmiş əməkdaşı Adil Əhmədov, “Astara” qəzetinin keçmiş əməkdaşı Mehman Quliyev mövzu ilə əlaqədar çıxış etmişlər.
Sonda xatirə şəkli çəkilmişdir.