Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Astara rayonunun Çayoba kəndinda yerləşən Ümid İdman Kompleksində həvəskar voleybol komandaları arasında Astara rayon turniri keçirilmişdir.
Olimpiya sistemi üzrə keçirilən yarışda 10 komanda mübarizə aparmışdır. Yarışda I yerə Alaşa (Astara), II yerə Mamusta (Lənkəran), III yerə isə Tüləküvan (Astara) komandaları layiq görülmüşlər.
Qalib komandaya kubok və medallar təqdim olunmuşdur.