Şiyəkəran kənd 1 saylı tam orta məktəbin idman meydançasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayon üzrə gənclər və idman sektoru və Azərbaycan Milli Karate Federasiyasının Astara rayon nümayəndəliyinin təşkilatçılığı ilə karate idman növünün təbliği, sağlam həyat tərzinə çağırış, asudə vaxtların səmərəli təşkili məqsədilə “İdman hamı üçün” layihəsi çərçivəsində “Karate-do hamı üçün” təlim-məşqləri keçirilmişdir.
Təlim-məşqlər Milli Karate Federasiyasının Astara rayonu üzrə məşqçi-təlimatçısı, II Dan Qara kəmər ustası Qasımov Şənlik Tarzan oğlunun rəhbərliyi ilə keçirilmişdir.