29 sentyabr 2023-cü il tarixində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda tədbir keçirilmişdir
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsul işçiləri, elm xadimləri, məktəb direktorları, müəllimlər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova “Əsrin müqaviləsi”nin bügünkü tarixi zəfərimizdə oynadığı rol barədə geniş məruzə ilə çıxış etmişdir.
Tədbirdə Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, “Astara” qəzetinin keçmiş baş redaktoru Azər Abdullayev mövzu ilə əlaqədar çıxış etmişlər, tədbir iştrakçıları “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti barədə geniş müzakirə aparmışlar.
Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilmişdir.