Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Şəfəq” Ekoturizm İctimai Birliyinin icra etdiyi “Kənd yerlərində aqroturizmin təşviqi ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində Astara və Lerik rayonunda kənd təsərrüfatı subyektləri, turizm sahəsində çalışan sahibkarlar, eyni zamanda uyğun sahələrdə təhsil alan gənclər üçün təlim təşkil edilib. 24 nəfər Astara və 23 nəfər Lerik rayonunda olmaqla hər iki tədbirdə ümumilikdə 47 nəfər iştirak edib. Tədbirin həyata keçirilməsinə Astara və Lerik rayonunda müvafiq olaraq Rayon İcra Hakimiyyətləri təşkilati dəstək göstərib.

Tədbirin proqramı ilə bağlı birliyin prezidenti, layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə barədə geniş məlumat verilib, layihənin hədəfləri iştirakçıların diqqətinə çatdırılıb.

Birliyin idarə heyyətinin üzvü, layihə üzrə təlimçi Rafət Şirəliyev tərəfindən iştirakçılarla aqroturizm fəaliyyəti, turizm və kənd təsərrüfatının uyğunlaşdırılması, aqroturizm məhsulları və onların yaradılması, aqroturizmin faydaları, regionda aqroturizm imkanları, aqroturizm sahibkarlıq fəaliyyəti kimi, biznes yanaşması, aqroturizmdə marketinq mövzusunda məlumatları bölüşüb və fərdi tapşırıqlar əsasında potensial aqroturizm fəaliyyətinin müəyyənləşdirilməsi istiqamətində qrup işləri həyata keçirilib.

Yekunda bəzi iştirakçılar tədbirin onlar üçün əhəmiyyətini qeyd edib gələcəkdə kənd təsərrüfatı sahibkarlarına aqroturizm fəaliyyətinin qurulmasında əlavə dəstəyin verilməsinin vacib olduğunu qeyd etdiblər. Yekunda təlim proqramında sonadək iştirak edən iştirakçılara layihənin sertifikatı təqdim edilib.

Məlumat üçün bildiririk ki, növbəti silsilə təlimlər Masallı və Yardımlı rayonlarında həyata keçirilməsi nəzərdə tutulub. Təlim proqramı yekunlaşdıqdan sonra qeyd olunan 5 rayondan müəyyən edilən kənd təsərrüfatı sahibkarlıq subyektlərini təmsil edən 17 nəfər üçün Lənkəran rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərində təcrübə mübadiləsi təşkil ediləcək.

Qeyd edək ki, Layihənin məqsədi kənd yerlərində aqroturizm sahəsində maarifləndirmə işi aparmaq, müsbət təcrübənin öyrənilməsini təşkil etmək və tətbiqi imkanlarını stimullaşdırmaqla aqroturizmin inkişafına kömək olamqdan ibarətdir.

Hörmətlə,

“Şəfəq” Ekoturizm İB-nin mətbuat xidməti