15 oktyabr 2023-cü il tarixində Biləsuvar Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə həsr olunmuş Sərbəst güləş idman növü üzrə idmançılar arasında Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin açıq birinciliyində Astara Olimpiya İdman Kompleksinin məşqçi müəllimi Elxan Həmidov və şagirdi Həmidzadə İmamrza iştirak etmiş və nailiyyətlər qazanmışlar.
İdmançımız Həmidzadə İmamrza (41 kq) II yeri qazanaraq diplomla, məşqçimiz Elxan Həmidzadə “Ən yaxşı hakim” adını qazanaraq sertifikatla təltif olunmuşdur.
Yarış Astara, Lənkəran, Masallı, Cəlilabad, Salyan, Şağan, Arena, Zenit Bakı, Sumqayıt, Abşeron və Biləsuvar komandalarının iştirakı ilə keçirilmiş, 100 nəfərdən çox idmançı mübarizə aparmışdır.