25 oktyabr 2023-cü il tarixində rayon icra hakimiyyətinin təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa toplantısı keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müvaini Mərasim Hacıyev və şöbənin məsul işçiləri, ziyalılar elm xadimləri, məktəb direktorları, müəllimlər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Rayon icra hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz xanım Sadıxova Ulu Öndərin xalqımızın firavanlığı, dövlətimizin suverenliyi, ərazi bütövlüyü, sosial-iqtisadi, hərbi, siyasi və mədəni sahələrdə çiçəklənməsi, o cümlədən bügünkü tarixi zəfərimizdə oynadığı rol barədə geniş məruzə ilə çıxış etmişdir.

Tədbirdə “Astara” qəzetinin keçmiş baş redaktoru Azər Abdullayev, təqaüddə olan Əməkdar müəllim Seyran Babayev, rayon ziyalısı Asif Əsədullayev, təqaüddə olan müəllim Səfəli Məmmədov, tanınmış rəssam Firudin Quliyev, Veteranlar şurasının sədri Rafiq Əliyev mövzu ilə əlaqədar çıxış etmişlər.

Tədbirdə mövzu ilə bağlı videoçarx nümayiş etdirilmişdir. Sonda xatirə şəkli çəkilmişdir.