Bakı Boks Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Boks Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən Boks üzrə gənclər arasında Azərbaycan birinciliyinin final mərhələsi keçirilmişdir. Yarışda 59 komandanın ən güclü 227 idmançısı 13 çəki dərəcəsi üzrə mübarizə aparmışdır

Yarışda Astara rayonun komandası Astara Boks Mərkəzinin məşqçi müəllimi Ayaz Baxşıyevin rəhbərliyi ilə iştirak etmişdir.

Ölkə birinciliyinin final yarışında idmançımız Bilalhəbəşi Nəzərov (48 kq) qızıl medal qazanmışdır. Qeyd edək ki, Bilalhəbəşi Nəzərov Astara Boks Mərkəzinin məşqçi müəllimi Ayaz Baxşıyevin yetirməsidir.

İdmançı və onun məşqçisini təbrik edir və onlara yeni zirvələr fəth etməyi arzulayırıq.