Astara rayonunda əhalinin sayı ilin əvvəlindən 666 nəfər və ya 0,6 faiz artaraq 2023-cü il oktyabr ayının 1-i vəziyyətinə 111610 nəfərə çatmışdır.
Əhalinin 30,1 faizini şəhər, 69,9 faizini kənd sakinləri, 50,4 faizini kişilər, 49,6 faizini isə qadınlar təşkil edir.
Ədliyyə Nazirliyinin Astara rayon qeydiyyat şöbəsi tərəfindən 2023-cü ilin doqquz ayında 1169 nəfər doğulmuş körpə qeydə alınmışdır.
Doqquz ayda rayonda 501 ölüm halı qeydə alinmiş və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi5,6-dan 6,0-a qədər artmışdır. 2023-cü ilin doqquz ayında əhalinin təbii artımı 668 nəfər olmuş və keçən ilə nisbətən əhalinin hər 1000 nəfərinə 9,7-dən 8,0-a qədər azalmışdır.
2023-cü ilin doqquz ayında Ədliyyə Nazirliyinin Astara rayon qeydiyyat şöbəsi tərəfindən 470 nigah və 145 boşanma halları qeydə alınmışdır.
Vasif Həsənov,
Astara Rayon Statistika İdarəsinin rəisi