Xankəndi! Xanın kəndi! Bu adı şəhərə verənlər sanki bugünkü hadisələdən xəbərdar imiş. Bir gün öz adı ilə gərçəkləri gözlər önünə sərə biləcək düşüncələrin məhsuludur şəhərin adı. Bu reallıqları qələmə almaq o qədər də asan deyil. Çünki biz bunları yaşamışıq. Həqiqətən də özümü xəyallar aləmində hiss etmiş kimiyəm. Bir sözlə, Xan kəndinə qayıtdı!

Xalqın Milli Lideri, Müzəffər Ali Baş Komandan İham Əliyevin Xankəndinə qayıdışını, Dövlət bayrağımızı Xankəndində ucaltmağını seyr etmək xalqın bir nümayəndəsi kimi məni də qürurlandırdı. Bu tarixi ana şahidlik etmək, həqiqətən də, böyük fəxarətdir.

Bu tarixi  zəfərə doğru addımlamaq elə də asan olmadı. Keçən onillər ərzində bu müqəddəs amal üçün səylə çalışan, milli mənəvi dəyərləri hər şeydən üstün tutan, azərbaycançılıq ideyalarını səbrlə, təmkinlə həyata keçirən bir Liderlə Azərbaycan tarixini yenidən yazdıq. Hələ 20 il bundan qabaq Ulu Öndər Heydər Əliyevin 2003-cü il oktyabrın 1- də prezident seçkiləri ərəfəsində xalqa müraciətini xatırlayaq: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu çağırış bizi Qarabağa, zəfər dolu yeni tarix səhifələrində silinməz izlər qoymağa gətirib çıxartdı.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və qəhrəman Azərbaycan Ordusunun gücü ilə lokal xarakterli antiterror əməliyyatı zamanı  Xankəndi şəhəri və digər  tarixi ərazilərimizdən düşmən tör-töküntülərinin izləri təmizləndi. Bununla da Azərbaycan Respublikasının Konstitusiyası bütün  Azərbaycan torpaqlarında bərqərar  olundu.

8 noyabr 2023-cü ildə Vətən müharibəsinin 3-cü il dönünmünə həsr olunmuş Zəfər paradının Xankəndi şəhəində keçirilməsi böyük tarixi əhəmiyyət daşıyır. Vuğulamaq lazımdır ki, bu parad həm də düşmənə böyük göz dağı oldu. Cənab Prezident İlham Əliyev Paradda çıxış edərək bildirmişdir ki, Bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində biz öz sərhədimizi tam olaraq qoruyuruq.

Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat əlverişli yüksəkliklərə sahib olmaq üçün şərait yaratdı. Eyni zamanda, bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə də bir siqnal idi ki, siz kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız.

Xankəndi şəhərində keçirilmiş Hərbi Paradda Qarabağdakı qondarma rejimin istifadə etdiyi hərbi qənimətlərin nümayiş edilməsi onların acizliyinin nümunəsinin təqdimatı idi. Ordu mənsublarımızın təntənəli keçidi isə tör-töküntü xunta rejiminin bütün keçmiş varlıqlarının ayaqlar altında tapdalanması kimi qiymətləndirmək yerinə düşərdi.

“Xankəndinin 270 illik tarixi var. Bu şəhər XVIII əsrin axırlarında Qarabağ xanlıqlarının başçılarının – xanların istirahəti üçün yaşayış məskəni kimi salınır. İlk illər burda yalnız azərbaycanlılar yaşayıb. 1813-cü il Gülüstan müqaviləsinə qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın azsaylı əyanların yaşadığı kiçik yaşayış məskəni kimi formalaşıb. Məhz bundan sonra Xankəndiyə İrandan köçürülən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələri yerləşdirilir.

1847-ci ildə artıq Xanın kəndində 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi var idi.

Elə 1847-ci il çar Rusiya xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür.

1900-cu ildə Xankəndində artıq 3 min əhali yaşayır, hətta ikisinifli məktəb də fəliyyət göstərir.

Məqsədli yeridilən etnik siyasət nəticəsində Xankəndində erməni və rus əhalisinin sayı xeyli artır. Ancaq bununla belə şəhərdə xeyli sayda xan nəslinin nümayəndələri, azərbaycanlı ziyalılar, musiqiçilər və sənətkarlar yaşayırdılar. Məqsədli təcrid siyasətinə baxmayaraq onlar Xankəndində ciddi söz sahibi idilər və hakimiyyət onlarla hesablaşmalı olurdular.

1918-1920-ci illərdə müstəqil Azərbaycanın Cümhuriyyəti hökumətinin apardığı siyasət və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində erməni millətçilərinin Dağlıq Qarabağ və Xankəndi iddialarını dəf etmək mümkün oldu.

1921-ci ildə Xankəndi qəsəbəsində 85 təsərrüfatda 398 azərbaycanlı, 226 təsərrüfatda 981 erməni yaşayırdı.

6 oktyabr 1923-cü ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə DQMV-nin erməni əhalisinin müraciəti nəzərə alınaraq Xankəndi qəsəbəsinin adı dəyişdirilərək Stepanakert adlandırıldı.

1926-cı ildə Xankəndinin baş planı qəbul edilir.

1939-cu ildə şəhərdə 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamağa başlayır.

1969-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Xankəndi filialı açılıb. 1973-cü ildə filial o dövr Azərbaycan rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə müstəqil Pedaqoji İnstituta çevrilir – erməni, Azərbaycan və rus bölmələri daha geniş çərçivədə fəaliyyət göstərirdi.

1988-ci il hadisələri başlayanda Xankəndində erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edirdilər. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək artmışdılar.

1979-cu il məlumatına əsasən, Xankəndi şəhərində 38 948 nəfər əhali yaşayıb. Onlardan 4303 nəfəri azərbaycanlılar, 33 898 nəfərini ermənilər, 747 nəfəri rus və digər millətlərdən olanlar təşkil edirdi.

1989, 1999, 2009 və 2019-cu illərdə aparılan siyahıyaalınma  zamanı Xankəndi əhalisinin sayı təxmin edilərək götürülüb.

Xankəndidə yaşayan daimi əhali sayı (təxmini hesablama):

1979-cu ildə 38,9 min nəfər;

1989-cu ildə 57, 8 min nəfər;

1999-cu ildə 54,5 min nəfər;

2009-cu ildə 55,1 min nəfər;

2011-ci ildə 55,2 min nəfər;

2012-ci ildə 55,3 min nəfər;

2013-cü ildə 55,4 min nəfər;

2014-cü ildə 55,5 min nəfər;

2015-ci ildə 55,5 min nəfər;

2016-cı ildə 55,6 min nəfər;

2017-ci ildə 55,7 min nəfər;

2018-ci ildə 55,8 min nəfər;

2019-cu ildə 55,8 min nəfər;

2020-ci ildə 55,9 min nəfər təxmin edilib.

1988-ci ildə 15 min azərbaycanlı Xankəndidən didərgin düşüb.

1988-89-cu ildə Xandəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi.

Sonuncu azərbaycanlı 1991-ci ilin dekabrında şəhəri tərk etməli olub.

2023-cü ilin sentyabrında Xankəndi düşməndən azad olundu.

Xankəndi 28 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və orada separatçı rejim yaradılıb. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatıb.
1991-ci il dekabrın 28-da Xankəndini itirdik, onda bilmirdik ki, bizləri qarşıda Xocalı soyqırımı, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın işğalı gözləyir.

Yuxarı Qarabağın mərkəzi, Qarqar çayının sahilində, Qarabağ silsiləsinin şərq ətəyində, Bakıdan 329 km aralıda yerləşən Xankəndi Azərbaycanın inkişaf etmiş sənaye mərkəzidir. Şəhərdə yüngül və yeyinti sənayesi müəssisələri var. Elektrotexnika, avtomobil təmiri və asfalt-beton zavodları, mebel fabriki, tikinti materialları, sənaye, istehsalat və tədris istehsalat kombinatları belə müəssisələrdəndir.

Tarixi sənədlərə görə Xankəndi şəhəri XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb.  Elə şəhərin adı buradan yaranıb. 1813-ci ilədək bircə nəfər erməninin də yaşamadığı Xandəndində sonralar çar Rusiyası tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilib.

SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılıb.
1923-cü ildə Rusiya İmperiyasının siyasətilə Azərbaycanın tərkibində mərkəzi şəhəri Xankəndi olan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb.

Bundan sonra vilayətin erməniləşdirilməsi siyasəti aktivləşib. 6 oktyabr 1923-cü ildə ermənilərin müraciəti nəzərə alınaraq Xankəndinin adı dəyişdirilərək Azərbaycan xalqına qarşı genosid törətmiş cinayətkar Stepan Şaumyanın şərəfinə Stepanakert adlandırılıb. Muxtar Vilayətdə rəhbər vəzifələrə ermənilər irəli çəkilib. Beləliklə də Xankəndi erməni işğalı altına düşüb.

Keçmiş SSRİ dövründə Xankəndində yaşayan azərbaycanlılar tədricən buradan didərgin salınıblar.
1988-ci il hadisələri başlayanda Xankəndində erməni əhalisi azərbaycanlılardan xeyli çoxluq təşkil edirdilər. Həmin vaxt azərbaycanlıların sayı 17 minə yaxın idisə, ermənilər artıq 40 min nəfərədək artmışdılar.
1988-89-cu ildə Xandəndi artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Moskvanın himayəsilə güclənən erməni separatizm sonuncu azərbaycanlıları 28 dekabr 1991-ci ildə Xankəndindən qovmağa nail oldular. Və şəhərin işğalı tam başa çatdırıldı.” Mənbə: Modern.az

Bugün biz Azərbaycan xalqı olaraq faktiki Xankəndinə qayıtmışıq. İllərlə həsrətində olduğumuz bütün Qarabağ torpağı öz həqiqi sahiblərinin nəfəsi ilə isinir. Mənfur ermənilərin viran qoyduğu Şərqi Zəngəzur cənnətə dönür. Qısa zaman kəsiyində dövlətimizin uğurlu siyasətinə şahidlik etmək qürurvericidir. Həm beynəlxalq, həmdə ölkə daxilindəki uğurlu siyasətin memamrı və icracısı Cənab Prezidentimiz İlham Əliyevdir. İnanıram ki, bu uğurlu yol bizi-Azərbaycan dövlərini və xalqını daha da zirvələrə daşıyacaqdır.

Əlvan İbayev