06-07 aprel 2024-cü il tarixlərində Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin və “Zəfər” İdman Klubu ilə birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq “07 aprel – Ümumdünya Sağlamlıq günü”nə həsr olunmuş “07 aprel-Ümumdünya Sağlamlıq günü”nə həsr olunmuş Sərbəst güləş üzrə rayon turniri keçirilmişdir.
Yarışlar əsasnaməyə uyğun olaraq 2007-2008-ci il təvəllüdlü yeniyetmələr
arasında 45, 48, 51, 55, 60,65 çəki dərəcələri, 2009-2011-ci il təvəllüdlü yeniyetmələr arasında 35, 38, 41, 48, 52, 57, 62,68, 75,85 çəki dərəcələri və 2012–2014-cü il təvəllüdlü yeniyetmələr arasında 23, 26, 29, 32, 35,38, 42, 47, 53, 59 çəki dərəcələri üzrə keçirilmişdir.
Yarışda 8 komanda – Sumqayıt, Astara, Lənkəran, Masallı, Salyan, Biləsuvar , Cəlilabad, Abşeron idman klublarınıi təmsil edən 170 nəfər fəxri yerlər uğrunda mübarizə aparmışlar.
Yarışın açılış mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov, “Azərbaycan Respublikasının Əməkdar məşqçi”, Azərbaycan Güləş Federasiyasının cənub regionu üzrə nümayəndəliyinin rəhbəri, yarışların baş katibi İlham Məmmədov, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, beynəlxalq dərəcəli hakim Fərəqət Cəlalov çıxış etmiş və idmançılara uğur arzulamışlar.
Yekunda müxtəlif çəki dərəcələrində I, II və III yerləri qazanan idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, “Zəfər” İdman Klubunu təsis etdiyi diplomlar və medallar ilə təltif olunmuş və hər çəkidə I yeri qazanmış idmançılara “Zəfər” İdman Klubu tərəfindən güləş idman dəsti hədiyyə olunmuşdur.