Səudiyyə Ərəbistanını kralıSalman ibn Əbdüləziz ibn Əbdürrəzman əl Səudun Mərakeşdə istirahəti başa çatıb.
XəzərXəbər Haaretz-ə istinadən bildirir ki, 81 yaşlı kral Mərakeşin Tanjer şəhərindəki qəsrdə dincəlib. Onun bir aylıq istirahəti 100 milyon dollara başa gəlib.
Kralı 1000 qulluqçu müşayiət edirdi. İstirahət əsnasında kralın qulluqçularının, köməkçilərinin, mühafizəçilərinin və dövlət məmurlarının istifadə etmələri üçün Səudiyyə Ərəbistanından təyyarələrlə 200 avtomobil aparılmışdı.
Həmin şəxslər Mərakeşin şimal-qərbindəki Tanjerdəki qəsrdə yox, şəhərdəki otellərdəki 864 lüks nömrələrdə qalıblar.
2015-ci ildə Tanjerdə kral üçün satın alınmış yay qəsrinin 74 hektarlıq ərazisi var.
Ötən il kral Salman ibn Əbdüləziz Tanjerdəki qəsrində Qətərin əmiri Tamim bin Həmad əl Tanini qəbul etmişdi.
Mərakeşin dövlət qurumlarının açıqlamasında bildirilir ki, Səudiyyə Ərəbistanını Tanjerdə qaldığı bir ayda xərclədiyi pullar ölkənin il ərzində turizmdən əldə etdiyi gəlirin 1,5 faizini təşkil edir.
Kral Tanjerə gələrkən onu Mərakeşin baş naziriSəddin Osmaniqarşılamışdı.
Şəhərdəki qəsrdə son bir ildə davam etmiş təmir və rekonstruksiya işləri zamanı 3 helikopter meydançası, 7 əlavə bina, böyük sirk boyda çadır inşa olunub. Qəsr 1500 metr uzunluğunda hündür divarla əhatə olunub və bu kompleksin mühafizəsinə Mərakeş Kral Qvardiyasının 30 zabiti də cəlb olunub.
Qəsrdəki tibb otaqları ən müasir klinikalara, mətbəxlər isə məşhur restoranlara bənzəyir.
Səudiyyə Ərəbistanını şahzadəsi əlValid bin Təlal bin Əbdüləziz əl Səudisə Türkiyənin Bodrum kurortunda, Egey dənizinin sahilində dincəlmişdi.
O, velosiped gəzintisinə çıxarkən reportyorların kameralarından yayına bilməmişdi.