Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azerbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamənin 8.31-2 bəndinə, “Mülki müdafiənin təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlar Kabinetinin 193 nömrəli 25 sentyabr 1998-ci il tarixli Qərarına, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi haqqında Əsasnamənin 3.1.23 və 4.1.2 bəndlərinə, 2024-cü il üçün Cənub Regional Mərkəzinin Hazırlıq planına, o cümlədən Astara Rayon İcra Hakimiyyətinin 2024-cü il üzrə Mülki Müdafiə Planına müvafiq olaraq 24 iyun 2024-cü il tarixində Astara rayonunda rayon icra hakimiyyətini başçısının müvafiq sərəncamına əsasən hərbiləșdirilməmiş ərazi mülki müdafiə dəstəsi ilə xəbərdarlıq toplanış üzrə mülki müdafiə məşqi keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, rayon icra hakimiyyəti başçısı aparatının mülki müdafiə üzrə qərargah rəisi Xanverdi Şirinov, şöbənin baş məsləhətçisi Məcnun Cəbiyev, rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, rayon Fövqəladə Hallar Komissiyasının katibi Fəhmin Qurbanov, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi pokovnik Araz Hüseynov, Mülki Müdafiə İdarəsin Mülki müdafiə tədbirlərinin planlaşdırılması şöbəsinin rəisi kapitan Mirabbas Rzayev, məşqə cəlb olunmuş idarə və müəssisələrin rəhbərləri iştirak etmişlər.
Tədbir çərçivəsində rayonda baş verə biləcək fövqəladə vəziyyətlər zamanı müvafiq tədbirlərin görülməsində iştirak üçün təyin olunmuş texnika və qüvvələrlə tanış olunmuş, mövcud çatışmazlıqların aradan qaldırılması və maddi-texniki imkanların artırılması barədə tövsiyələr verilmişdir.