Rayon ərazisinə yağan güclü leysan yağışı bir çox ərazilərdə fəsadlar törətdi. Rayonun bəzi kəndlərində körpülər dağılmış, kənd təsərüfatına, yollara ciddi ziyan vurmuşdur. Bütün aidiyyatı qurumlar ərazilərə cəlb olunmuş, yaranan çətinliklərin aradan qaldırılması üçün müvafiq işlər görülmüşdür.
Astara Suvarma Sistemləri İdarəsi güclü sel nəticəsində ziyan dəymiş Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Şağlazüzə kəndində kənd yolunu və körpünü tam bərpa etmiş, əhalinin gediş-gəlişini təmin etmişdir. Bundan başqa Siyakuçay və Pensərçayda məcra təmizləmə işləri həyata keçirmiş və bu işlər hal-hazırda davam etdirilir.