Cari ilin yanvar-iyun aylarında Astara rayonunda ümumi məhsul istehsalı 123256,8 min manat olub ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 14,4 faiz çoxdur.
Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi məhsul istehsalı 15,0 faiz artaraq 1100,6 manat olub.
Bu dövrdə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 41782,8 min manatlıq və ya ümumi məhsulun 33,9 faizi qədər, ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində 38804,5 min manatlıq (31,5 faiz), tikintidə 22566,9 min manatlıq ( 18,3 faiz), sənayedə 16406,3 min manatlıq (13,3 faiz), nəqliyyat və anbar təsərrüfatı sahələrində 3148,0 min manatlıq (2,6 faiz), informasiya və rabitə sahələrində isə 548,3 min manatlıq (0,4 faiz) məhsul və xidmətlər istehsal olunmuşdur.
Şövqiyyə Məmmədova, Astara Rayon Statistika İdarəsinin rəis müavini