Astara Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 06 sentyabr 2024-cü il tarixində Siyaku kəndində “Sosial xidmətlərin tətbiqi” və “Mediasiya əməkdaşlıqdan başlayır” adlı maarifləndirici tədbir keçirilmişdir.

Astara rayon icra hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri Bəsti Əliyevanın sədirliyi ilə baş tutan tədbir “Sosial xidmətlər, sosial yanaşma və sosial məsələlərin həllində beynəlxalq təcrübə”, “Həssas əhali qrupları, ahıllarımız, əlillərimiz, məişət zorakılığının profilaktikası və mediasiya”, “Əhalinin sosial marifləndirilməsi”, “Mediasiya barədə ümumi məlumat, Azərbaycanda mediasiya institunun fəaliyyəti, inkişafı və bu günədək görülmüş işlər barədə” və “Ailə münasibətlərində mediasiyanın rolu və üstünlükləri” mövzularını əhatə etmişdir.

Tədbirdə Astara RİH başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Aqil Əhmədov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Turan Həsənzadə, İctimai-siyasi və humanitar məslələr şöbəsi müdirinin müavini Mərasim Hacıyev, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Fikrət Talıbov, Astara RİH başçısı aparatının digər rəsmiləri, SXA-nin Lənkəran Astara Regional Filialının mütəxəsisi Hacər Məmmədzadə, Lənkəran 1 saylı Mediasiya Təşkilatının rəhbəri, Mediasiya Şurasının üzvü Ramin Şükürov, Lənkəran 1 saylı Mediasiya Təşkilatının mediatoru Orxan İbrahimov, Siyaku kənd İƏD üzrə nümayəndəsi Xəlil Zahirov, Siyaku kənd bələdiyyəsinin sədri Ramin Dədəyev, kənd sakinləri, ağsaqqallar, Vətən müharibəsi iştirakçıları, əlillər, əlil uşaqların valideynləri və ziyalılar iştirak etmişlər. Tədbirə eyni zamanda Siyaku bələdiyyəsinin Sərəncamı ilə yaradılmış “Zərərçəkmiş vətəndaşlar üçün (insan alveri, məişət zorakılığı, narkomaniya və s.) sosial-psixoloji komissiya”ya daxil olan bələdiyyə üzvləri, məktəb direktorları, Kənd məscidinin axundu və Milli icmanın sədri, həkim, Kənd Ağsaqqallar şurasının sədri, kəndin fəal və ziyalı ağsaqqalı və sair şəxslər dəvət olunmuşlar.

Tədbirdə çıxış edən natiqlər mövzular ətrafında geniş məlumatlar vermiş, bu məsələlərlə bağlı müxtəlif dövlət dəstəyi və imkanlarını, qanunvericiliyin tələblərini iştirakçıların diqqətinə çatdırmışdır.

Mövzular ilə əlaqədar videoçarx nümayiş etdirilmiş, tədbir iştirakçılarına maarifləndirici və müvafiq məlumatları özündə əks etdirən bukletlər verilmiş, onlara maraqlı olan suallar ətraflı cavablandırılmışdır.