Astara Suvarma Sistemləri İdarəsi rayonda suvarma şəbəkələrinin cari və əsaslı təmirini həyata keçirməklə, suvarma suyunun fermerlərə və məhsul istehsalçılarına vaxtında və itkisiz verilməsini, əkin sahələrinin, fərdi təsərrüfat bağlarınnın suvarmasını təmin etmək üçün müəyyən işlər görmüşdür.
Astara Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Fərid Yusifov bildirmişdir ki, Şüvi- Lovayın beton üzlüklü kanalda 390 p.m, qapalı boru səbəkəsidə 415 p.m təmir olunmuşdur. Lovayın nasos stansiyasında yeni iki aqreqat nasos stansiyasının tikintisi və dağ kəndində 4,1 km məsafəyə d=500 mm dəmir boru ilə suyun çəkilməsi işləri yekunlaşmışdır. O qetd etmişdir ki, Axiya kanalının əsaslı təmirinə başlanılaraq 1108 p.m hissəsinin ilin sonuna qədər beton üzlüyə alınması nəzərdə tutulmuşdur. 8 ay ərzində ümumilikdə 25957 p.m lildən təmizləmə həyata keçirilmişdir. 2520 p.m Siyakuçay və Pensərçayda çay məcrası, 740 p.m əl əməyi ilə kol-kos təmizlənmişdir.