Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 4 iyul tarixli 1554 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən birgə hökumətlərarası komissiyanın tərkibi aşağıdakı redaksiyada verilir:
“Komissiyanın sədri | ||
Artur Rasi-zadə | – | Azərbaycan Respublikasının Baş naziri |
Komissiya sədrinin müavini | ||
Şahin Mustafayev | – | Azərbaycan Respublikasının iqtisadiyyat naziri |
Komissiyanın üzvləri: | ||
Samir Şərifov | – | Azərbaycan Respublikasının maliyyə naziri |
Ramin Quluzadə | – | Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri |
Hüseynqulu Bağırov | – | Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri |
Əbülfəs Qarayev | – | Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri |
Mikayıl Cabbarov | – | Azərbaycan Respublikasının təhsil naziri |
Xələf Xələfov | – | Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini |
Aydın Əliyev | – | Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri |
Nazim İbrahimov | – | Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri |
Ramiz Həsənov | – | Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri |
Qüdrət Qurbanov | – | Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi |
Elçin Quliyev | – | Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi |
Rövnəq Abdullayev | – | Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti |
Cavid Qurbanov | – | “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri |
Dursun Həsənov | – | Azərbaycan Respublikasının Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri”. |
Xarici İşlər Nazirliyinə tapşırılır ki, sərəncamda edilən dəyişikliklər barədə Gürcüstan tərəfinə müvafiq bildiriş göndərsin.