Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
Astarainfo.az Qol.az-a istinadən məlumatına görə, keçirilən 22 matç ölkəmizin mövqeyinə təsir etməyib. Azərbaycan 18.625 xalla 22-ci pillədə qalıb. Təmsilçilərimizin bu mövsümkü qazancı 3.875-dir. “Qarabağ” hamıdan çox – 2.125, “İnter” 0.750, “Zirə” 0.625, “Qəbələ” 0.375 xal əldə edib.
Ümumi reytinqə bəzi dəyişikliklə olub. Avstriya Yunanıstanı 12-ci pillədən sıxışdırıb. Kipr isə İsrail və Polşanı arxada qoyaraq 18-ci pillədə qərarlaşıb.
İsveç Bolqarıstanı geridə qoyaraq 25-ci olub, Moldova isə 34-cü yeri Macarıstanın əlindən alıb.
Qeyd edək ki, millimizdən 1 pillə irəlidə olan Rumıniyamım 18.650 xalı var.