Alimlər rəsmən təsdiq ediblər ki, Pataqoniyada aşkarlanan dinozavr qalıqları, dünya tarixinin ən böyük quru heyvanıdır.
Patagotitan mayorum növünə aid edilən bu dinozavrı ilk dəfə 2012-ci ildə Aurelio Ernandes adlı çoban La Flexa rançosunda aşkarlanıb. Rançonun sahibi ora paleontoloqları çağırıb və 18 ay sonra oradan altı gənc dinozavrın sümükləri çıxarılıb.
Bu növə aid dinozavrlar təqribən 100 milyon il əvvəl yaşayıb, çəkiləri 62-69 ton, uzunluqları isə 35 metrə çatıb.
Oxu.az