Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatması keçirilib.

Astarainfo.az Ölkə.Az-a istinadən xəbər verir ki, Monako şəhərində baş tutan püşaktmada “Qarabağ”ın qrupdakı rəqibləri də bilinib. Ağdam təmsilçisi 4-cü səbətdə yer alıb.

C qrupunda mübarizə aparacaq klubumuzun rəqibləri “Çelsi” (İngiltərə), “Atletiko Madrid” (İspaniya) və “Roma” (İtaliya) klubları olub.

Qrupda ilk oyunlar 12-13 sentyabr tarixundə baş tutacaq. İkinci matçlar 26-27 sentyabr, üçüncü matçlar 17-18 oktyabr, dördüncü matçlar 31 oktyabr-1 noyabr, beşinci matçlar 21-22 noyabr, son matçlar isə 5-6 dekabr tarixlərinə planlaşdırılıb.

Ağdam təmsilçisi ilk olaraq səfərdə “Çelsi” ilə qarşılaşacaq. Oyun 12 sentyabrda baş tutacaq. “Qarabağ” ilk ev oyununu isə sentyabrın 27-də İtaliyanın “Roma” klubuna qarşı keçirəcək.

“Qarabağ”ın oyun cədvəlini təqdim edirik:

12 sentyabr
“Çelsi” –“Qarabağ”

27 sentyabr
“Qarabağ”– “Roma”

18 oktyabr
“Qarabağ”– “Atletiko Madrid”

31 oktyabr
“Atletiko Madrid”– “Qarabağ”

22 noyabr
“Qarabağ”– “Çelsi”

5 dekabr

“Roma”–“Qarabağ”

Qeyd edək ki, “Qarabağ”ın ev oyunları saat 20:00-da başlayacaq.

Əgər klubumuz qrup mərhələsini keçə bilsə 11 dekabr tarixin son 16-lığa qalan rəqibi bəlli olacaq. Son 16-lıqda isə ilk matçlar növbəti ilin 13-14-20-21 fevral tarixində, cavab qarşılaşmaları isə 6-7-13-14 martda keçiriləcək. 1/4 final gprüşü 3-4 aprel, cavab qarşılaşmaları 10-11 apreldə baş tutacaq. 1/2 finallar 24-25 aprel, cavab qarşılaşmaları isə 1-2 mayda olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının final matçı Ukraynanın Kiyev şəhərində baş tutacaq. Dəqiq tarix isə hələ müəyyənləşməyib.