Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.
Astarainfo.az “Report”-a istinadən məlumat verir ki, həftənin son matçı ötən mövsümün çempionu “Qarabağ”la gümüş mükafatçısı “Qəbələ” arasında olub.
Görüşdə hesabı ikinci hissədə Ağdam təmsilçisi açıb: Mahir Mədətov fərqlənib. Altı dəqiqə sonra Steven Monroz bərabərlik qolunu vursa da, Markos Madera yenidən “Qarabağ” önə keçirib və yekun nəticəni təyin edib.
Bu qələbədən sonra xalını 9-a çatdıran “Qarabağ” ikinci pillədəki yerini qoruyub. “Qəbələ” isə 6 xalla 3-cü sırada qalıb.
Qeyd edək ki, ilk oyun günündə “Neftçi” “Kəpəz”lə qolsuz heç-heçə edib, “İnter” “Səbail”i yenib – 1:0. Bu gün keçirilən “Zirə” – “Sumqayıt” matçında isə meydan sahibləri 3:1hesabı ilə qalib gəliblər.
“Qarabağ” – “Qəbələ” – 2:1
Qol: Mahir Mədətov, 62. Markos Madera, 73 – Steven Monroz, 68
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Əli Hüseynov
“Azersun Arena”