Monaco” Mbappenin PSG klubuna keçməsi ilə əlaqədar hücum xəttini gücləndirmək niyyətindədir.
“Moneqasklar” 22 yaşlı Keyta Baldenin transferini “Lazio” ilə razılaşdırıb. Roma klubu gənc forvardın transferindən 30 milyon avro qazanacaq. Bonuslar nəzərdə tutulmur. Yaxın günlərdə seneqallı futbolçu Monte-Karloya gələrək tibbi müayinədən keçəcək.
Balde Keyta 2011-ci ildən “Lazio”nun şərəfini qoruyur. O, 137 rəsmi oyunda meydana çıxaraq 31 qol, 27 məhsuldar ötürmənin müəllifi olub.