Bakıda Türkiyənin Zəfər bayramı qeyd olunub

Türkiyənin milli bayramı – Zəfər gününün 95-illiyi münasibətilə Türkiyənin Azərbaycandakı səfirliyində rəsmi qəbul keçirilib.

Astarainfo.az”Report”-a istinadən verdiyi xəbərə görə, tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin milli himnləri səsləndirilib, daha sonra bu ölkənin Azərbaycandakı səfiri Erkan Ozoral çıxış edib.

Səfir tədbir iştirakçılarına Türkiyə prezidenti Rəcəb Tayyid Ərdoğanın milli bayram münasibətilə təbrik məktubunu oxuyub.

Çıxışı zamanı səfir ötən illər ərzində Türkiyənin bir çox sınaqlardan keçdiyini bildirib. Buna misal olaraq ötən ilin iyul ayının 15-də bir qrup şəxs tərəfindən ölkədə dövlət çevrilişi etmək cəhdini göstərib.

E.Ozoral bildirib ki, bu cəhdlərin qarşısı qətiyyətlə alınıb və çətinliklərə baxmayaraq, ölkə iqtisadi inkişafını uğurla həyata keçirir.

Səfirin sözlərinə görə, bu gün ölkə PKK, YPG və PYD terrorçuları ilə mübarizəni davam etdirir.