İngiltərə sakini, təqaüdçü Maykl Bak cəmisi 250 dollar xərcləməklə özünə xudmani ev tikib.
AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, təqaüdçü evin tikintisində inşaat materiallarına faktiki olaraq pul xərcləməyib. Belə ki, Maykl tikinti zamanı köhnə dədə-baba qaydasından – gil, torpaq, ot və taxtadan istifadə edib, fundamenti isə daşdan töküb. Təqaüdçünün yeganə xərc çəkdiyi küləşdir ki, onunla da evinin damını örtüb.
Hazırda Maykl evi qonşu fermada işləyən bir işçiyə kirayə verib. O isə öz növbəsində ev sahibi ilə süd və qatıq məhsulları ilə hesablaşır.