Qiyməti 31 min 250 dollar olan məktub

Bəzən dünyada şöhrət qazanmış insanlar xalqları gözləyən fəlakəti qabaqcadan duyur və acı nəticələri görürlər. Necə ki, dahi alman fiziki Albert Einşteyn faşizm taununu irəlicədən duyaraq onun haqqında məlumat verib, hər kəsi agah etmişdi.

Astarainfo.az AZƏRTAC-a  istinadən xəbər verir ki, 1938-ci ildə görkəmli fizik öz dostu və o dövrdə İtaliyada mühəndis kimi çalışan yəhudi əsilli Mişel Bessoya yazırdı: “Gözləyirəm ki, Almaniya Rusiyaya hücum etdikdən sonra rahatlanar və Şərqi Avropadan gözünü çəkər. Amma irəli gedərsə, onun acgözlüyü çox çəkməyəcək və biz onun qazana bilməyəcəyinin, uğursuzluğunun, məğlubiyyətinin şahidi olacağıq”.

Həmin məktub yaxın günlərdə ABŞ-ın Kaliforniya ştatında bir hərracda 31 min 250 dollara satılıb.