Futbol üzrə Azərbaycan milli komandasının Norveç yığması ilə səfərdə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün heyəti açıqlanıb.
Astarainfo.az”Report”-a istinadən məlumat verir ki, baş məşqçi Robert Prosineçki Şimali İrlandiya ilə keçirilən oyunla müqayisədə 11-likdə 2 dəyişiklik edəcəyini bildirib.
Prosineçki Namiq Ələsgərov və Mahir Mədətova şans verəcəyini söyləyib: Onlar Ramil Şeydayev və Əfran İsmayılovu əvəzləyəcəklər”.
Beləliklə, start heyətdə bu futbolçular olacaqlar: Kamran Ağayev, Pavel Paşayev, Bədavi Hüseynov, Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov, Cavid Hüseynov, Dmitri Nazarov və Mahir Mədətov.
Qeyd edək ki, sentyabrın 1-də Oslodakı “Ullevaal” stadionunda keçiriləcək Norveç – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.