Nigeriyada daşqın – 100 mindən artıq insan öz evini tərk edib

Nigeriyanın mərkəz hissəsində baş verən daşqınlar nəticəsində 100 mindən artıq insan öz evini tərk edib.

Trend-in məlumatına görə, ölkə prezidenti Məhəmməd Buxarinin tapşırığı ilə daşqının baş verdiyi rayona xüsusi xilasedici qrup göndərilib.

Fəlakət nəticəsində ölən və xəsarət alanlar barədə məlumat yoxdur.