“Növbəti günlərdə Azərbaycanda müşahidə olunacaq hava şəraitində ciddi dəyişiklik gözlənilmir”.

Astarainfo.az”Ölkə.Az”-a istinadən xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 5-dək ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir: “Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında 32-37, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeronda gecə 23-25, gündüz 29-34 isti olacağı gözlənilir”.