İndoneziyada 5,2 bal gücündə zəlzələ olub

İndoneziyanın cənub-şərqindəki Sumatra adasında 5,2 bal gücündə zəlzələ baş verib.

Anadolu agentliyinin məlumatına görə, zəlzələ ölkənin cənub-şərqindəki Sumatra adasında yerləşən Lampung bölgəsində hiss olunsa da dağıntı və insan tələfatına səbəb olmayıb.

Zəlzələnin bölgəyə yaxın yerlərdə də hiss olunduğu və son 2 gündə 4-cü dəfə baş verdiyi bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır