Türkiyənin Konya şəhərində ana bətnində ağ ciyərinə su toplandığı aşkarlanan körpə dünyada nadir hallarda tətbiq olunan üsulla əməliyyat olunub.
AZƏRTAC “ntv.com.tr” saytına istinadla xəbər verir ki, riskli bir əməliyyatla beş aylıq körpəyə şunt taxılıb.
Konya Təhsil və Araşdırma Xəstəxanasının mütəxəssisi, dosent Sibel Özlər ağ ciyərində su toplanan körpənin orqanlarının inkişaf etmədiyini və ürəyinin yer dəyişdirdiyini aşkarladıqlarını söyləyib.
S.Özlər bu cür vəziyyətlərdə, ümumiyyətlə, hamiləliyin sonlandırıldığını, nadir hallarda ana bətnində əməliyyat edildiyini bildirib. O, qeyd edib ki, dünyada on beş mindəbir rast gəlinən xəstəliyə müdaxilə edilməsəydi, körpə ana bətnində ölə bilərdi.
Mütəxəssis 22 həftəliyində şunt qoyulan və yaşayan bir körpənin Türkiyədə ilk olduğunu da vurğulayıb.