İngiltərənin “Ten Fold Engineering” arxitektura şirkətinin dizaynerləri 8 dəqiqəyə yığılan evin layihəsini hazırlayıblar.

Astarainfo.az AZƏRTAC-a istinadla bildirir ki, inkişaf etmiş ölkələrdə əhalinin sayının sürətli artımı memarları daha kompakt evlərin tikintisinə vadar edib. Günəş batareyası ilə işləyən və su təmizləyici sistemlər quraşdırılan bu cür evlər çox asanlıqla istənilən yerə çatdırıla bilər. Evin qiyməti isə 130 min dollardır.