Avarçəkmə üzrə ikiqat Olimpiya çempionu olan ingilis əsilli 33 yaşlı idmançı Aleks Qriqorinin sosial hesabından paylaşdığı foto dünya mediasında gündəm olub.
Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, “Polar Row” komandasının tərkibində 965 kilometr məsafəlik Arktika səfərini başa vurduqdan sonra İnstaqram hesabında əllərinin şəklini paylaşıb. 12-ci dünya rekordunu yeniləmək istəyən idmançı 11 dünya rekordu ilə kifayətlənib.
Aleks Qriqori fotosunu bu başlıqla paylaşıb: “Geyimim təmiz yaş idi. Əl-ayağım nəmdən belə olmuşdu. Normal qidalana bilməsək də performansımız olduqca qürurvericidir. Bədənim ağrısa da qazanılan nəticələrə görə çox xoşbəxtəm”.
Könül Cəfərli