Günəş Almaniyanın Yulix şəhərinin aerokosmik mərkəzində (DLR) yaradılıb.

Astarainfo.az Oxu.Az-ın  xarici mətbuata istinadən məlumat verir ki, Synlight adı daşıyan üçmərtəbəli bu qurğu, 20×20 sm sahəlik bir nöqtəyə tuşlanan 150 ədəd 7 kilovattlıq lampadan ibarətdir.

Alimlər bu günəşin köməyi ilə, təyyarələr və avtomobillər üçün ən ekoloji təmiz yanacaq vasitəsi sayılan hidrogenin, su buxarından ayrılma texnoloqiyasını öyrənmək istəyirlər.

Günəşin hazırlanması 3,5 milyon avroya başa gəlmişdir.