Astarainfo.az Astarada“AAAF Park  Yaşayış Kompleksi çoxfunksiyalı, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz bir layihədir.

Sağlam həyat tərzi ilə adi həyatın ideal sintezinin yaradıldığı bu məkan, kiçik bir şəhərdə olan bütün obyektləri özündə ehtiva edir. Artıq Xırdalanla yanaşı, Astarada da bu Park yerliəhalinin və  turistlərin istifadəsindədir.Astara Şəhər İcra Hakimiyyətinin inşa etdiyi dənizkənarı bulvara bitişik olan bu kompleksdə bütün növ xidmətlər mövcuddur.

Astara şəhəri, Gənclər küçəsindəki 20 hektar ərazidə inşa edilmiş “AAAF Park Astara”da süni şəlalələr, “Limuland” açıq və qapalı uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi, “Zirvə” Uşaq İdman Akademiyası, uşaq əyləncə attraksionları, “Astara Towers”, 5 ulduzlu “Magic Tanu”, “Tuado” oteli, hovuz və SPA mərkəzi, çimərlik kompleksi, ağır atletika, boks və taekvondo mərkəzləri, villalar, 4 və 5 mərtəbəli binalar tikilmişidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Astaraya səfəri zamanı “AAAF Park Astara” layihəsi ilə tanış olmuşdu. Ölkə başçısı layihədən razılığını dilə gətirərək, görülən və görüləcək işlərdən məmnunluğunu bildirib, tapşırıq və tövsiyələrini vermişdi.