Braziliyada 70-ə yaxın sərnişin daşıyan gəmi batıb

Braziliyanın Para ştatında Şinqu çayında 70-ə yaxın sərnişin daşıyan gəmi qəzaya uğrayaraq batıb.

AZƏRTAC xəbər verir ki, xilasedicilər 19 nəfərin həyatını qurtarıblar. Onlarla cəsəd sudan çıxarılıb, digərləri isə itkin hesab edilir.

Gəminin qəzaya uğramasının səbəbləri araşdırılır.