2024-cü ilin yanvar-mart aylarında  Astara rayonunda iqtisadiyyatın əsas sahələri üzrə (sənaye, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, tikinti, nəqliyyat və anbar təsərrüfatı, informasiya və rabitə, ticarət; nəqliyyat vasitələrinin təmiri)  məhsul buraxılışı və xidmətlərin  həcmi əvvəlki ilin müvafiq dövrünə  nisbətən 14,3 faiz artaraq  57654,9 min manat olmuşdur. İstehsal edilmiş məhsul və xidmətlərin rayon əhalisinin hər nəfərinə  düşən  dəyəri  515,1 manat təşkil etmişdir.

Məhsul və xidmətlərin 40,2 faizi  ticarət;  nəqliyyat vasitələrinin təmiri, 20,9 faizi kənd  təsərrüfatı, meşə təsərrüfatı  və balıqçılıq, 19,0 faizi tikinti, 17,6 faizi sənaye,  1,8  faizi nəqliyyat və anbar təsərrüfatı, 0,5 faizi  informasiya və rabitə sahələrində istehsal edilmişdir.

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-mart aylarında  10164,2 min manatlıq sənaye məhsulu istehsal edilmiş, 2023-cü  ilin müvafiq dövrü ilə müqayisədə  məhsul istehsalı 11,9 faiz azalmışdır.

Sənaye məhsulunun 31,0 faizi emal sektorunda, 68,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur. Sənayedə qeyri-dövlət  sektorunun payı 31,0 faiz  olmuşdur.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda  istehsalın həcmi 12,0 faiz  azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,1 faiz artmışdır. İstehsal edilmiş sənaye məhsulunun böyük  hissəsi  istehlakçılara  göndərilmiş, əvvəlki dövrlərdə  yaranmış ehtiyatlar da nəzərə  alınmaqla  sənaye  müəssisələrinin  anbarlarında  01 aprel 2024-cü il vəziyyətinə 710,2  min manatlıq hazır  məhsul olmuşdur.

Kənd təsərrüfatında yaz tarla işləri davam edirvə 2024-cü ilin yanvar-mart aylarında 1703,2 hektar sahədə və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz az yazlıq bitkilərin səpini aparılmışdır. Bu dövrdə 247,5 hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 72,0 hektarı dən üçünqarğıdalı),759,5 hektar sahədə  kartof, 617,7 hektar sahədə tərəvəz, 2,6 hektar sahədə bostan bitkiləri,75,9 hektar sahədə çoxillik otlar əkilmişdir.

2024-cü ilin yanvar-mart aylarında  diri çəkidə 1014,0 ton ət, 6434,0  ton süd, 2547,0 min ədəd yumurta istehsal olunmuşdur. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 0,7 faiz,

yumurta istehsalı 0,3 faiz artmış, süd istehsalı  isə 7,0 faiz azalmışdır.

2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,9 faiz azalmışdır.

2024-cü ilin yanvar-mart aylarında əsas kapitala 11242,1 min manat məbləğində, yaxud  əvvəlki  ilin müvafiq dövrü ilə  müqayisədə 5,4 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş vəsaitlərin 10956,0 min manatı və ya 97,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2024-cü ilin yanvar-mart aylarında 360,0 min ton yükvə1811,0 min sərnişin daşınmışdır. 2023-cüilin müvafiq dövrü ilə  müqayisə dəyük daşınması 5,9 faiz, sərnişin daşınması isə 6,7 faiz artmışdır.

İnformasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş 302,2 min manatlıq xidmətlərin 88,0 faizi əhali sektoruna aidolmuşdur. 2024-cüilin yanvar-mart aylarında göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz azalmış, bu sahədə əldə edilmiş gəlirin 96,0 faizi dövlət sektorunun payına düşmüşdür.

2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 72387,7 min manatlıq məhsulsatılmış, xidmət subyektləri tərəfindən 6445,0 min manatlıq ödənişli xidmət göstərilmişdir.

2023-cüilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 0,2faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əldə olunan gəlir 4,5 faiz artmış, ticarət şəbəkəsində 39981,2 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 32406,5 min manatlıq qeyri-ərzaq malları satılmışdır.

2024-cü ilin yanvar-mart aylarında istehlak qiymətləri indeksi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 102,4 faiz, o cümlədən qida  məhsulları, içkilər və tütün məmulatları üzrə 104,3 faiz,  qeyri-qida malları üzrə

100,3faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 101,5 faiz təşkil etmişdir.

2024-cü ilin yanvar-fevral aylarında muzdlu işçilərin orta aylıq nominal əmək haqqı 2023-cü ilin müvafiq dövrü nənisbətən 16,5 faiz artaraq 631,6 manata çatmışdır.

2024-cü ilin yanvar-mart aylarında əhalinin sayı 134 nəfər və ya 0,1 faiz artaraq 2024-cü il aprel  ayının 1-i vəziyyətinə 111991 nəfərə çatmışdır.

 

MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR

 

 

Göstəricinin adı

2024-cü ilin yanvar-mart ayları,

faktiki

2024-cü ilin

yanvar-mart ayları 2023-cü ilin yanvar-mart aylarına nisbətən, faizlə

Məlumat üçün

2023-cü ilin

yanvar-mart ayları 2022-ci ilin yanvar-mart aylarına

nisbətən, faizlə

 

Ümumi məhsul və xidmətlər, min manat

 

57654,9

 

114,3

 

102,4

 

Əhalinin hər nəfərinə düşən həcmi, manat

 

515,1

 

117,8

 

108,0

 

Sənaye məhsulu, min manat

 

10164,2

 

88,1

 

121,1

Əsas kapitala yönəldilmiş vəsaitlər, min manat  

11242,1

 

5,4 dəfə

 

41,9

o cümlədən:

tikinti-quraşdırma işlərinə

 

10956,0

 

7,2 dəfə

 

31,5

 

Kənd təsərrüfatı məhsulu, min manat

 

12021,2

 

97,1

 

101,6

o cümlədən: bitkiçilik
heyvandarlıq 12021,2 97,1 101,6
Nəqliyyat sektorunda yük daşınması, min ton  

360

 

105,9

 

103,3

Nəqliyyat sektorunda sərnişin daşınması, min sərnişin  

1811

 

106,7

 

124,1

İnformasiya və rabitə xidmətləri, min manat  

302,2

 

96,3

 

108,2

Pərakəndə ticarət dövriyyəsi, min manat  

72387,7

 

100,2

 

106,0

Əhaliyə göstərilən ödənişli xidmətlər, min manat  

6445,0

 

104,5

 

105,0

 

Ortaaylıqnominaləməkhaqqı, manat

 

631,6*

 

116,5**

 

108,6***

 

Yeni iş yerləri, vahid

 

12

 

42,9

 

2,8 dəfə

 

İstehlakqiymətlərininindeksi

 

x

 

102,4

 

116,3

Əhalinin sayı, 2024-cü il 01 aprelvəziyyətinə,nəfər  

111991

 

100,1

 

101,0

Qeyd:

*      2024-cüilinyanvar-fevralayları.

**2024-cüilinyanvar-fevralayları2023-cüilinyanvar-fevralaylarınanisbətən.

*** 2023-cüilinyanvar-fevralayları2022-ciilinyanvar-fevralaylarınanisbətən.

 

Şövqiyyə  Məmmədova, Astara  Rayon Statistika

 İdarəsinin rəis müavini