“TST- Astara”- böyüklərdən ibarət futbol komandası 17.12.2017-ci ildən yaradılıb və Astarada fəaliyyət göstərir. “TST-Astara” futbol klubu artıq  3 ildir ki,region liqasında uğurla çıxış edir.Ardıcıl olaraq 22 rəsmi oyundur ki,komanda məğlub olmayıb.Qış qısa fasiləsində komanda üç  yoxlama oyunu keçirib.Bunlardan ikisini qələbə ilə ,birini heç-heçə ilə başa vurub. (“TST –Astara” 2 – “Zirə” 0 ,”TST- Astara” 2 – “Sabah” 2, “TST- Astara” 2 –“Kobuleti Gürcüstan” 1).

Komanda region liqasında çıxış etməyinə baxmayaraq çoxlu azərkeşi var.Hazırda davam edən çempionatda uğurla çıxış edir və hədəfi region liqasının çempionu olub 1-ci dəstəyə yüksəlməkdir.

                                                                        Ağamirzə Əkbərov

Ağamirzə Əkbərov.