Bu günlərdə  Astara Boks Mərkəzində Respublikada Qarışıq Döyüş Növlərinin inkişaf etdirilməsi, İlkin yaş qruplarına Qarışıq Döyüş Növləri həvəskarlarını cəlb etmək, İdmançı və hakimlərin ustalığının artırılması, respublikada fəaliyyət göstərən bölmə və klubların işinin təkmilləşdirilməsi, beynəlxalq turnirlərdə, Avropa və Dünya Çempionatlarında iştirak etmək üçün yığma komandaya namizədlərin seçilməsi məqsədilə Qarışıq Döyüş Növləri üzrə VIII Açıq Klublararası Respublika Çempionatı və Birinciliyi keçirilmişdir.

Yarışda Astara-1, Astara-2, Astara-3, Astara-4, Astara-5, Lənkəran-1, Lənkəran-2, Masallı, Cəlilabad, Abşeron, Bakı-Zabrat,  və Bakı-Suraxanı komandalarında ibarət 125 idmançı iştirak etmişdir.

Qaliblər Azərbaycan Qarışıq Döyüş Növləri Mərkəzinin medal, diplom və kubokları ilə təltif olunmuşlar.

Elnur Qurbanlı

Astara RGİİ-nin baş məsləhətçisi