Gənclər arasında Avropa Çempionatını ən yaxçı oyunçusu, İspaniya millisinin yarımmüdafiəçisi Dani Sebalos yaxın günlərdə Madridin “Real” komandası ilə 6 illik kontrakta imza atacaq. Bu barədə kral klubunun mətbuat xidməti məlumat yayıb. İyulun 20-də futbolçunun ictimaiyyətə təqdimedilmə məraimi keçiriləcək. Hazırda Sebalos milli komandanın tərkibində ABŞ-da təlim-məşq toplanışında olduğu üçün komandanın məşqlərinə bir qədər geç qoşulacaq.

Transmarket.com-un veryi məlumata görə, transferin məbləği 17 milyon avrodur.