Rayon Mərkəzi Kitabxanasında “15 İyun – Milli Qurtuluş günü” ilə bağlı tədbir keçirilib.

MKS-nin direktoru Tural Eyvazov tədbiri giriş sözü ilə açaraq bildirib ki, hər il təntənə ilə qeyd etdiyimiz 1993-cü ilin 15 iyunu xalqımızın tarixinə qızıl hərflərlə yazılmış bir gündür. İndi bizi tarixi səlnaməmizə qızıl hərflərlə yazılan 1993-cü ilin 15 iyunundan 24 illik zaman məsafəsi ayırır. Azərbaycan dünya miqyasında öz layiqli yerini tutmuş, böyük iqtisadi potensiala malik bir ölkəyə çevrilmişdir. Azərbaycan Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı  getdikcə sürətlənir, həyatın bütün sahələrində, daxili və xarici siyasətdə uğurlarımız ilbəil artır. Bütün bunlar dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olur.

Tədbirdə  Mərkəzi kitabxananın şöbə müdiri Nərgiz Məhərrəmova 15 iyun-Milli Qurtuluş günü ilə əlaqədar  geniş məruzə ilə çıxış edib.

Rayon MKS-nin direktor müavini İlyas Məmmədov, Mərkəzi kitabxananın şöbə müdiri Yaqut Nəzərova çıxışlarında qeyd ediblər ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında birləşmiş  Azərbaycan xalqı öz dövlət müstəqilliyini, respublikasını göz bəbəyi kimi qoruyacaq, onu daha da möhkəmləndirəcək və gələcəyə doğru inamla aparacaqdır.

 

Natəvan Mədətzadə,

Astara rayon Mərkəzi

kitabxanasının şöbə müdiri