“Euronews” telekanalı izləyicilərini Azərbaycanla tanış etməyi davam etdirir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, “Postcard” verilişinin növbəti buraxılışı halvanın hazırlanmasına həsr olunub.
Süjetdə qeyd olunub ki, bu şirniyyat eramızdan əvvəl 7-ci əsrdə Mesopotamiyada məşhur idi.
“Əsl halvanı yalnız Azərbaycanda dadmaq olar. Burada hər regionun öz resepti var. Yəqin ki, ən dadlısı Şəkidə hazırlanır”, – süjetdə deyilir.
Milli.Az