Astarada qəbul imtahanında yüksək bal toplayan abituriyentlər

Astarainfo.az-ın Astara Təhsil Şöbəsindən aldığı məlumata görə bu il yüksək bal toplayan abituriyentlərin sayı xeyli artmışdır.9 nəfər abituriyent 600-dən yuxarı bal toplamışdır.Bu il rayonun orta məktəbini bitirən məzunlardan yüksək bal toplayan abituriyentləri  təqdim edirik.

Allahverdiyev Nicat Qədir oğlu  Oktay Yəhyayev adına Şiyəkəran 2 nömrəli tam orta məktəbin məzunu, 1-ci ixtisas qrupu üzrə 675 bal toplamışdır.

Hacızadə Sabir Rizvan oğlu Motlayataq kənd S.Qurbanov adına tam orta məktəbin məzunu, 1-ci ixtisas qrupu üzrə 663 bal toplamışdır.

Əsgərzadə Əsmər Şahin qızı  Astara şəhər C.Babayev adına 3 nömrəli tam orta məktəbin məzunu, 4-cü ixtisas qrupu üzrə 630 bal toplamışdır.

Hüseynov Xeyrəddin Hacıəmin oğlu Təngərüd kənd S.Vurğun adına tam orta məktəbin məzunu 1-ci ixtisas qrupu üzrə 626 bal toplamışdır.

Mirzəzadə Elnur Ceyhun oğlu şəhər  Z.Bünyadov adına 2 nömrəli tam orta məktəbin məzunu 1-ci ixtisas qrupu üzrə 626 bal toplamışdır.

Nəhmətov Adil Qüdrət oğlu Təngərüd kənd S.Vurğun adına tam orta məktəbin məzunu 1-ci ixtisas qrupu üzrə 622 bal toplamışdır.

Zülfüqarlı Çiçək Fazil qızı Tüləküvan kənd X.Şəkərov adına tam orta məktəbin məzunu  4-cü ixtisas qrupu üzrə 618 bal toplamışdır.

Qafarzadə Əli Zərxan oğlu Şahağac kənd D.Əsədov adına 2 nömrəli tam orta məktəbin məzunu 2-ci ixtisas qrupu üzrə 606 bal toplamışdır.

Nurullazadə İbrahim Habil oğlu Şağləzüzə kənd tam orta məktəbin məzunu 1-ci ixtisas qrupu üzrə 605 bal toplamışdır.

Abituriyentlərimizi uğurlu nəticələrinə görə təbrik edirik.

Astarainfo.az