ABAD” (Ailə Biznesinə Dəstək) Astarada ailə biznesinin qurulması ilə bağlı səmimi və işgüzar görüş keçirib

Astarainfo.az xəbər verir ki, ABAD” (Ailə Biznesinə Dəstək) Astarada ailə biznesinin qurulması ilə bağlı səmimi və işgüzar görüş keçirib

Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr 2016-cı il tarixli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxs yaradılıb. “ABAD”ın yaradılmasında məqsəd Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakının təmin edilməsi,  kiçik və orta sahibkarlığın inkişafını, əhalinin məşğulluq səviyyəsinin artırılmasını və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasını dəstəkləmək üçün sosialyönümlü layihələrin həyata keçirilməsidir.Dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan ailələrin dəstəklənməsi “ABAD”ın prioritet fəaliyyət istiqamətlərindəndir.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin dəstəklədiyi “ABAD”-ın layihəsi çərçivəsində Astarada sənətkarların fəaliyyətinin artırılması və ailə biznesinin yaradılmasına köməklik göstərilməsi üçün əməli tədbir həyata keçirilmişdir. Bu layihənin əsas məqsədi sənətkarlara dəstək olmaqdır.                                                                                                   “ABAD” ” publik hüquqi şəxs  dekorativ-tətbiqi sənət bölməsinin  müdiri  İradə Azər qızı Əmiraslanova  qeyd etmişdir ki, Astara Azərbaycanın ən zəngin bölgələrindən biridir. Bu gün Astarada belə bir görüşün keçirilməsində əsas məqsəd təcrübəli sənətkarları üzə çıxarmaq və onların səriştəsindən istifadə etməklə cavan sənətkarları da bu yönə cəlb etməkdir. Azərbaycanın bölgələrindən sənətkarları seçib  “master class” dərsləri verməklə onların daha da  peşəkar olmalarına yardım edilir. Sənətkarların təqdim etdiyi bütün məhsullar onu istehsal etmiş sənətkarın, ailə təsərrüfatının loqotipi ilə işarələnib və üzərində xüsusi “ABAD” leybli yerləşdirilir. Bu loqotip və “ABAD” leyblinin olması həmin məhsulun orijinallığından xəbər verir.

Bu gün biz əminliklə deyə bilərik ki, Azərbaycan suvenirlərinin istehsalının keyfiyyətini artırmağa nail olmuşuq. Hazırda “İçərişəhər” və Heydər Əliyev Beynəlxalq Hava Limanında fəaliyyət göstərən “ABAD” sənətkarlıq mərkəzlərində 115 ailənin 1479 adda 4500-dən çox sənət nümunəsi, 5 ailənin isə 10 adda kənd təsərrüfatı məhsulları (cem, mürəbbə, bal) satışa çıxarılıb. “ABAD” özü heç nə almır, nə də heç nə satmır, yalnız bunun satışını  sənətkarlar üçün təşkil edir. Bu gün bizim ən böyük uğurlarımızdan   biri ondan ibarətdir ki, Azərbaycan sənətkarlarının əl işlərinin 95 faizini xarici turistlər alır. İkinci ən böyük uğurumuz   məhsula qoyulan sertifikatlardır.  Sertifikatlarda sənətkarların ailə biznesinin tarixçəsi yazılır və hər məhsulun üzərində onun  müəllifi,  saytda kodu, nömrəsi və şifrəsi vardır. Sayta girərək kodun nömrəsini yazıb sənətkar haqqında tam məlumatı almaq mümkündür. Sertifikatlar onu göstərir ki, məhsul həqiqətən saxta deyil və heç bir ölkədən gətirilməyib.                               Məlum olduğu  kimi çətən istehsalı Astaradan başlayıb, çətən adətən eyni ölçülü qamış və ya ağac çubuğundan hazırlanır. Bu çubuqlar yan-yana qoyularaq həm qıraqdan, həm də uzunluğundan asılı olaraq ortadan bir və ya bir neçə dəfə sadə ip vasitəsilə bir-birinə bərkidilir.  Çətən istehsalı ilə məşğul olanların sayı çox azdır. Bu gün biz onlardan biri ilə   görüşüb söhbət etmişik.

Sakinlərimizin  rifahını yaxşılaşdırmaq və məşğulluq səviyyəsinin artırılması üzrə “ABAD” layihəsinin rayonumuzda həyata keçirilməsinə dəstək verən rayon İcra Hakimiyyətinin başçısı cənab Qəzənfər Ağayevə və Asan Xidmətin sədri İnam Kərimova öz dərin minnətdarlığımızı bildiririk.

 

Astarainfo.az