ABŞ-da Çin konsulluğunun binası atəşə tutulub

Astarainfo.az APA-a  istinadən xəbər verir ki,  Çinin ABŞ-ın Los-Anceles şəhərindəki Baş Konsulluğunun binasına atəş açılıb.

Təxminən 60 yaşlı Asiya mənşəli şəxs konsulluq binasına 17 dəfə atəş açıb və daha sonra avtomobilinin yanında intihar edib.

Hadisə zamanı konsulluq bağlı olub və heç kim zərər çəkməyib.