Bakıda yanğın – 6 nəfər təxliyə edildi

Bakıda yaşayış binasında yanğın olub.

 Astarainfo.az  Modern.az-a istinadən xəbər verir ki, Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının çardağında ümumi sahəsi 12 kvadratmetr olan köməkçi otaqda məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təxliyə edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.