ABŞ Dövlət katibi Reks Tillerson Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşəcək.
Axar.az xəbər verir ki, görüş bu həftə sonu Filippinin Manila şəhərində baş tutacaq.
Verilən məlumatda qeyd edilir ki, Tillerson Rusiya ilə münasibətləri qaydaya salmaq istəyir və görüşün də bu axarda keçəcəyi gözlənilir.