Bu gün Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunlarına start verilib.

Astarainfo.az Publika.az -a istinadən xəbər verir ki, ilk oyun günündə yalnız 2 matç baş tutub.

Pley-offa vəsiqələr İsveçrə və Kiprdəki oyunlarda sahibini tapıb.

İlk matçda məğlub olan “Syon” “Suduva”nı qəbul edib. Evdəki bərabərlik isveçrəlilərə bəs etməyib.

AEL və “Austriya” isə 0:0-ın revanşında kimin güclü olmasını müəyyən ediblər. Avstriyalılar 2:1 hesablı səfər qələbəsi ilə mərhələ keçən tərəf olub.

Avropa Liqası. III təsnifat mərhələsi, cavab oyunları

2 avqust

“Syon” (İsveçrə) – “Suduva” (Litva) – 1:1

Qollar: Konate, 55 – Vezevius, 80

İlk oyun – 0:3

AEL (Kipr) – “Austriya” (Avstriya) – 1:2

Qollar: Aldair, 60 – Holshauzer, 34, Pires, 90

İlk oyun – 0:0