“Beynəlxalq Ordu Oyunları-2017” çərçivəsində keçirilən “Dəniz Kuboku-2017” müsabiqəsinin mərhələ və epizodlarının icrası üzrə püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, püşkatmanın nəticələrinə əsasən müsabiqənin 2-ci, 3-cü, 4-cü, 5-ci və 6-cı epizodlarının yerinə yetirilməsində komandaların növbə üzrə sıralanması müəyyənləşdirilib.
“Hava hədəfinə artilleriya atışı” üzrə 2-ci e
pizodun icrasına Rusiya birinci, Azərbaycan ikinci, Qazaxıstan üçüncü və İran dördüncü başlayacaq.
“Üzən minaya artilleriya atışı” üzrə 3-cü epizodun icrasına Qazaxıstan birinci, Azərbaycan ikinci, İran üçüncü və Rusiya dördüncü başlayacaq.
“Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə yarışı” üzrə 4-cü epizodun icrasına Qazaxıstan birinci, Rusiya
ikinci, İran üçüncü və Azərbaycan dördüncü başlayacaq.
“Xilasetmə vasitələrinin istifadəsi” üzrə 5-ci epizodun icrasına Rusiya birinci, Qazaxıstan ikinci, İran üçüncü və Azərbaycan dördüncü başlayacaq.
“Gəminin lövbərə və çəlləyə dayanması” üzrə 6-cı epizodun icrasına Rusiya birinci, İran ikinci, Qazaxıstan üçüncü və Azə
rbaycan dördüncü başlayacaq.