Ağdamın “Qarabağ” komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsində beş potensial rəqib məlum olub.
AZƏRTAC xəbər verir ki, komandamız pley-offda “Olimpiakos” (Yunanıstan), “Seltik” (Şotlandiya), “Kopenhagen” (Danimarka), APOEL (Kipr) və ya “Maribor”la (Slovaniya) qarşılaşacaq.
Pley-off mərhələsinin püşkü avqustun 4-də İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 14:00-da atılacaq.
Bu mərhələnin oyunları avqustun 15-16-da, cavab görüşləri isə 1 həftə sonra keçiriləcək.
Xatırladaq ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab matçında səfərdə Moldovanın “Şerif” klubunu 2:1 hesabı ilə məğlub edərək, turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.